Bu gündən çip oxuyan qurğular seçki məntəqələrinə paylanılacaq

14.12.2019 - 14:57

 

“Yeni nəsil şəxsiyyət vəsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb. Ölkə vətəndaşlarının böyük bir qisminə yeni şəxsiyyət vəsiqələri təqdim olunub. Yeni nəsil şəxsiyyət vəsiqələrinin  üzərində yaşayış yeri göstərilmir. Həmin şəxsiyyət vəsiqələrinin üzərində çip var və vətəndaş haqqında məlumatlar orada toplanıb”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, artıq 2500 çip oxuyan qurğu hazır vəziyyətə gətirilib: “Ölkə üzrə cəmi 5049 məntəqə var. Təxminən gələn həftənin dördüncü gününə kimi bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq. Bu gündən həmin qurğunun seçki məntəqələrinə paylanılmasına başlanılacaq. Hesab edirəm ki, bələdiyyə seçkilərində yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunmasında heç bir problem yaranmayacaq”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138769

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930