Rasim Musabəyov boykot olunur – “Seçicilərlə görüşə gəlmir”

21.01.2020 - 12:07

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən hakimiyyətin dəstəklədiyi namizəd Rasim Musabəyov seçicilərlə görüşdən yayınır. Daha doğrusu ötən beş ildə seçicilərinin problemi ilə məşğul olmayan Rasim Musabəyov bu dəfə onların qarşısına çıxmağa cürət etmir.

Bu barədə Gununsesi.org-a adıçəkilən dairənin hüdudlarında yaşayan seçicilər bildirib. Onların sözlərinə görə, ötən beş ildə Rasim Musabəyovun üzünü yalnız hansısa tv ekranlarında siyasi açıqlamaları ilə görüblər.

Deputata problemlərinin həlli ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını deyən Nərimanov sakinləri, ona bu dəfə səs verməyəcəklərini bəyan ediblər.

Rasim Musabəyovdan ən çox narazı qalanlar isə əhalinin həssas təbəqəsi olan gözdən əlillər və eşitmə qüsurlu insanlardır. Həmin şəxslər Rasim Musabəyovdan ciddi narazılıqlarını ifadə edir.

Gununsesi.org-un əməkdaşı seçicilərinə laqeyid münasəbətinin səbəbini soruşmaq üçün deputatın özüylə danışıb.

“Rasim bəy, nə üçün seçicilərinizdən yayınırsınız, gözdən əlillər sizinlə ötən beş ildə görüşə bilmədiklərini deyir, səbəb nədir” sualına deputatlığa namizəd “Mən onlarla görüşə gedəcəyəm. Bu sizi narahat etməsin”, deyə cavab verib.

“Həmin insanların sizə səs verməyəcəklərini bəyan etməsi sizi narahat etmir ki” sualına isə Rasim Musabəyov belə cavab verdi: “Siz bütün seçicilərin adından danışırsız. Mən onlarla görüşəcəyəm və dinləyəcəyəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141155

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930