Bakının bəzi yol kəsişmələrdə işıqforların işində dəyişiklik edilib

23.01.2020 - 10:27

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, bu çərçivədə, vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.

Belə ki, Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb. Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb.

Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində işıqforun vaxt planına dəyişiklik edilib.

İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, bu dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930