Bakıda yeyib-içdiyi qadına 16 bıçaq vuran şəxs həbs edilib

23.01.2020 - 10:42

Bakıda bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb.

Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib.

Daha sonra B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031