Azərbaycanda qaçqın statusu almış şəxslərə ilk dəfə “Yol sənədi” verilib

23.01.2020 - 11:20

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə ölkəmizdə ilk dəfə Yol sənədləri təqdim olunub.

APA-nın məlumatına görə, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəlikləri, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DMX-nın rəisi Vüsal Hüseynov Xidmət tərəfindən hazırlanan və Azərbaycanda qaçqın statusu almış şəxslərə, eləcə də onların ailə üzvlərinə ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verəcək “Yol sənədi”nin əhəmiyyəti və üstünlükləri barədə məlumat verib. Xidmət rəisi bildirib ki, “Yol sənədi” Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən sənəddir.

Vüqar Hüseynov qeyd edib ki, beynəlxalq tələb və standartlara uyğun hazırlanan “Yol sənədi” 5 il müddətinə verilir: “Bu gündən etibarən qaçqınlar “Yol sənədi”ni əldə etməklə digər ölkələrə rahat səyahət edə biləcəklər. Qaçqın üçün sığınacaq aldığı ölkədən kənara çıxa bilməsi xüsusilə vacibdir. Bu onların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiya olmalarını təmin edəcək. Məsələn təhsil, təlim və ya məsgulluq kimi fürsətlərdən istifadə etmək üçün bu cür səyahətlər onun problemlərini davamlı həllində vacib şərt ola bilər”.

V. Hüseynov söyləyib ki, ölkəmizdə qaçqın statusu əsasında yaşayan 83 əcnəbinin bu gündən “Yol sənədi” təmin olunması başlanılır.

Qaçqınların inteqrasiyasının önəmini diqqətə çatdıran BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi hüquq şöbəsinin müdiir Oktavian Mohorea Azərbaycan dövlətinin verəcəyi “Yol sənədi”min qaçın statusunda yaşayanlar üçün əlavə imkanlar yadacağına və bu yeniliyin tətbiqi ilə bundan sonra onlara xarici ölkələrə asan gedə biləcəklərini söyləyib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib və müzakirələr aparılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141352

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930