Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq – Xəbərdarlıq
Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Cümhuriyyət”ə bildirilib ki, yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Short URL: https://www.cumhuriyyet.net/?p=141398