Körpələr evində uşaqları bir-birinə bağlayan tibb işçiləri cəzalandırıldı

24.01.2020 - 16:58
Gəncə Şəhər 2 saylı Körpələr evində körpələrin bir-birinə bağlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Körpələr evindən “Cümhuriyyət”ə verilən məlumata görə, son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yarıdılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb: “Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir”.

Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141496

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Yan    
 12
3456789
10111213141516
17181920212223
242526272829