Məhkəmə Zahir Əzəmətin şikayətini təmin etməyib

24.01.2020 - 17:37

Sumqayıt Apelyasiya Məhkəməsi Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Zahir Rəhimovun (Əzəmət) şikayətini təmin etməyib.

APA-nın məlumatına görə, bu barədə Zahir Əzəmət sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının (MSK) qərarını qüvvədə saxlayıb və Zahir Rəhimovun deputatlığa namizədliyi qeydə alınmayıb. Z. Əzəmət məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, “Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının (DSK) namizədliyini qeydə almamaqla bağlı qərarından MSK-ya şikayət etsə də, MSK DSK-nın qərarını qüvvədə saxlayıb. Bundan sonra o, Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Bakı Apelyasiya Məhkəməsi isə şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinə göndərib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141507

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930