Bakı metrosu koronavirusa qarşı dezinfeksiya edilir FOTO

21.02.2020 - 20:21

“Bakı Metropoliteni” QSC Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus (“2019-nCoV”) infeksiyasına qarşı dezinfeksiya tədbirlərinə başlayıb.

Qurumdan virtualaz.org-a bildirilib ki, tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılıb.

Ardıcıl tədbirlərə bu gündən “Nərimanov” elektrik deposunda qatarlarda start verilib. İş gününün qrafikinə uyğun olaraq, bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq.

Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək.

Qeyd edək ki, dezinfeksiya zamanı “ProGreen ProFix” dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar – bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır.

Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143020

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930