Ərdoğanın səfərindən öncə paradoks… – Sərhəd niyə bağlanıb?

24.02.2020 - 17:24

Xəbər verdiyimiz kimi, artıq koronavirus təhlükəsi cənub qonşumuzda sürətlə yayılmağa başlayıb. Çinin Uhan şəhərindən yayılmağa başlayan virus artıq İranda 12 insanın ölümünə səbəb olub.  Virus İranda müşahidə edildikdən sonra Azərbaycan tərəfi İranla sərhəd olan Biləsuvar və Astara gömrük-keçid məntəqələrində profilaktik dezinfeksiya işlərinin aparılmasına başlayıb.

Bu səbəbdən də, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının ölkədən çıxışına icazə verilib. Qalan bütün şəxslərin İrana getməsinə qadağa qoyulub.

Bu arada bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Azərbaycanda indiyədək koronavirus halının aşkarlanmadığını açıqlayıb.

Koronavirusun ilk aşkar olunduğu Çinin Uhan şəhərindən Azərbaycana gələnlər xüsusi tibbi müəssisədə tibbi müşahidədə saxlanılıb və onlarda virus əlamətləri aşlarlanmayıb. O cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində koronavirus aşkarlanmayıb.

Azərbaycanda koronavirusun aşkarlanmadığı və virusa qarşı bütün tədbirlərin görülməsinə baxmayaraq, ötən gün Türkiyə Naxçıvan-Dilucu sərhəd məntəqəsini bağlayıb. Sərhəd bağlanması Azərbaycan tərəfiylə əvvəlcədən hər-hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlanılıb.

Naxçıvan-Dilucu sərhəd məntəqəsinin bağlanması səbəbindən Azərbaycanda olan Türkiyə vətəndaşlarının, eləcə də Türkiyədə  olan Azərbaycan vətəndaşlarının sərhəddə keçidinə Türkiyə tərəfindən qadağa qoyulub və hazırda sərhəddə çoxlu sayda maşınlar toplaşıb.

Qeyd edək ki, Türkiyə prezidenti sabah Azərbaycana rəsmi səfər edəcək. Bu səfər ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhəddin bağlanmasına dair qərarın verilməsi ictimaiyyətdə təəccüb doğurur. Belə ki, Azərbaycan ictimaiyyəti bu qərarın verilməsini təəssüflə qarşılayır və bütün çətin məqamlarda hər iki dövlətin bir-birini dəstəklədiyini nəzərə alaraq, bu qərarın ləğv olunacağını gözləyir.

“Qafqazinfo” 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=143131

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930