Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək

16.03.2020 - 19:23

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov sabah II Fəxri xiyabanda dəfn ediləcək.

Bunu “Report”a açıqlamasında Xalq artisti Briliant Dadaşova deyib.

O bildirib ki, mərhumun cənazəsi saat 14:00-da evindən götürüləcək: “Sabah hava şəraitinin əlverişsiz olacağını nəzərə alıb dəfni günorta saatlarına təyin etmişik. Akademik Milli Dram Teatrının fəaliyyəti koronavirusa görə məhdudlaşdırıldığı üçün orada vida mərasimi keçirilməyəcək. Rafael Dadaşovla vidalaşmaq istəyənlər II Fəxri xiyabana toplaşacaq”.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.

Xatırladaq ki, Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmri ilə martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Həmçinin, martın 14-dən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930