Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var – RƏSMİ

01.04.2020 - 13:46

Türkiyədə koronavirus (COVİD-19) infeksiyasına yoluxan Azərbaycan vətəndaşının səhhəti yaxşılaşıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib.

Həmin şəxsin kimliyi haqqında məlumatın açıqlanmasını etik saymayan diplomat onun artıq öz evində olduğunu söyləyib:

“Rəsmi məlumata əsasən, Türkiyədə koronavirusa yoluxanlar arasında cəmi bir Azərbaycan vətəndaşı var. Ondan başqa yoxdur. Biz də həmin vətəndaşımızla dərhal əlaqə saxlamışdıq. Həm özü, həm valideynləri, həm də müalicə üçün yerləşdirdildiyi xəstəxana ilə əlaqə saxlamışıq. Onun da vəziyyəti indi yaxşıdır, artıq evdədir. Biz daim əlaqə saxlayırıq və heç bir problemi, sıxıntısı yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144719

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930