Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

09.04.2020 - 12:27

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Virtualaz.org bildirir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda yaşı 65-dən yuxarı olan deputatlar iştirak etmirlər.

Əvvəlcə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.

Sonra Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatının dinlənilməsinə başlanılıb. Hesabatı Baş Nazir Əli Əsədov təqdim edir. Sənəd karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim olunur.

Videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Bundan əlavə “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin Daxili Nizamnaməsi”nə, “Milli Məclisin komitələri haqqında” “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanunlarına dəyişiklik layihələri II oxunuş müzakirəyə çıxarılacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144984

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930