Əlikram Hümbətovun yaxın tərəfdaşı Kahin Əbilov koronavirusdan öldü

27.05.2020 - 13:00

Belarusun paytaxtı Minskdə talış separatçılarının lideri Əlikram Hümbətovun yaxın dostu və tərəfdaşı, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri və biznesmen Kahin Əbilov (Mirzəlizadə) koronavirusa yoluxma şübhəsi ilə yerləşdirildiyi xəstəxanada ölüb.

Virtualaz.org xəbər verir ki, bu haqda yerli KİV-lərə onun qohumları məlumat veriblər.

52 yaşlı Mirzəlizadəni pnevmoniya ilə xəstəxanaya yerləşdiriliblər, ona iki koronavirus testi etsələr də hər iki halda nəticə mənfi çıxıb. Lakin məlumdur ki, koronavirus aşağı tənəffüs yollarının və ağ ciyərlərin iltihabına gətirib çıxaranda ağız boşluğundan götürülmüş nümunələrdə virus aşkarlanmaya bilər. Belə hallarda birbaşa ağciyərlərdən nümunə götürmək lazım gəlir.

Bildirilir ki, Kahin Əbilovun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib. O, uzun müddətdir Belarusda yaşayırdı, orada institut bitirib və Minskdə yaşamağa başlayıb. Tikinti biznesi ilə məşğul olub və “Simurq” adlı tikinti şirkətinin, eyni adlı futbol klubunun sahibi idi. Oğlu İdrak Mirzəlizadə isə Belarusda tanınmış komikdir.

Kahin Əbilov habelə uzun müddət Rusiyada Azərbaycana qarşı düşmənçilik və separatçılıq fəaliyyəti ilə məşğul olan, iki il əvvəl həbs edilib Bakıya gətirilən digər talış separatçısı Fəxrəddin Abbaszadə ilə yaxın dost olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147284

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031