Qarabağda müharibə hər an başlaya bilər – Azərbaycanlı general

01.06.2020 - 21:54

Dünən Azərbaycan Müdafiə Nazirliyi ordumuzun işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcəyini və bunun 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacağını açıqlayıb. Müdafiə Nazirliyinin bu açıqlamasından sonra bir sıra şəxslər bunu müharibə anonsu olaraq qiymətləndirir.
HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir: “Azərbaycan ordusu əvvəlki illərə nisbətən çox inkişaf edib. İndi ordumuzun dəqiq, uzaq məsafəni vuran, qısa zamanda döyüş vəziyyətinə hazır olan silahları və ordusu var.
Sözsüz ki, Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir. Qısacası, biz döyüşə tam hazır vəziyyətdəyik və düşünürəm ki, Nazirlik məhz bu hazırlığa əsasən belə bir açıqlama verib.Yəni, müharibə hər an başalaya bilər və Nazirliyin də dediyi kimi, ordumuz düşmənə ən ağır zərbələr endirməyə qadirdir. Heç şübhəsiz ki, müharibə başlasa, Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=147532

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930