Təhlükə sovuşur: Xəzər dənizi Kürdən geri çəkilməyə başlayıb – FOTO

29.06.2020 - 16:23

Bu gün səhər saatlarından Kür çayının Neftçala rayonundan keçən hissəsində dəniz sularının geri çəkilməsi müşahidə olunmağa başlayıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, bu, Kür çayında səviyyənin az da olsa, 4-5 sm qalxması ilə bağlıdır.

Bunun səbəbi isə həm hökumətdən, həm də təbiətdən qaynaqlanıb. Belə ki, ötən gündən etibarən yaranmış ekstremal vəziyyətdən çıxmaq, Neftçala əhalisinin su ilə təminatı probleminin həllinə qismən də olsa nail olmaq üçün Kür boyu rayonlarda 2 gün müddətinə əkin sahələrinə çaydan su vuran nasosların fəaliyyəti dayandırılıb ki, çayın suyu artsın. Digər tərəfdən, dənizə doğru əsən “deştavar” adlanan qərb küləyi Kürə girən şor dəniz sularını geri çəkməyə başlayıb.

Yerli sakinlərin bildirdiyinə görə, artıq çayın sahilində yerləşən Xıllı qəsəbəsinin sakinləri bu gün səhərdən Kür çayından sərbəst şəkildə istifadə edərək həyətlərindəki su hovuzlarına şirin su ehtiyatı yığa biliblər. Rayonun Bankə qəsəbəsinin sakinləri də çayda yığılmış dəniz sularının geri axmağa başlaması barədə məlumatı təsdiqləyərək , tezliklə qərb küləyinin şərq və şimal küləyi ilə əvəzlənəcəyindən dənizin yeni “hücumu”ndan narahat olduqlarını və geri axının birdəfəlik qarşısının alınmasını deltada 2011-ci ildə aparılmış dərinləşdirmə işləri aparılan zaman qazılmış yeni kanalın doldurularaq Kürün öz əvvəlki yatağı ilə dənizə tökülməsinə  şərait yaratmaqda gördüklərini dedilər.

Qeyd edək ki, Xəzər dənzinin gələcəkdə də Kürə girə bilmək təhlükəsi nəzərə alınaraq bir neçə gündür, “Azərsu” ASC tərəfindən Şirvan-Muğan qrup su kəmərinin Salyan rayonunun Babazanlı dağında dəniz səviyyəsindən 22 metr yüksəkdə yerləşən anbarından Neftçala rayonunun 40 min nəfər əhalisini içməli su ilə təmin edə biləcək 44 km. uzunluqda su kəmərinin inşasına başlanılıb. Tikinti işlərinin yaxın 2 ay ərzində başa çatdırılması nəzərdə tutulub.

Emil Məmmədov

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=148965

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930