Kürdəmir sakini Ağdaşda külli miqdarda heroinlə yaxalandı
Narkotik averi ilə məşğul olan Kürdəmir rayon sakini Ağdaş rayonu ərazisində yaxalanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayonu ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon Atakişili kənd sakini Fuad Zeynalovun üzərindən təmiz çəkisi 773 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
◀▶
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində F. Zeynalovun Kürdəmir rayon Atakişili kəndindəki fərdi yaşayış evinə keçirilən baxış zamanı, qonaq otağındakı soyuducunun içərisindən 2 kiloqram 742 qram narkotik vasitə olan heroin və 345 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb
Faktla bağlı araşdırmalar davam etdirilir.
Short URL: https://www.cumhuriyyet.net/?p=149568