Kimlərin koronavirusa yoluxma ehtimalı yüksəkdir? – “E-Təbib”-dən AÇIQLAMA

10.07.2020 - 00:31

Son iki gün ərzində COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsində “sarı” statuslu insanların sayı artıb. Cumhuriyyet.az xəbər verir ki, bunu trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib. Onun sözlərinə görə, “sarı” statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır: “Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün “sarı” statuslu insanlar hesab edilirlər. Biz bu insanlara tövsiyə edərdik ki, digərlərini yoluxdurmamış laboratoriyalarda analiz versinlər. Əgər testin nəticəsi neqativ olarsa, onların statusu dəyişəcək və göy olacaq. Testin nəticəsi pozitiv olduqda isə həmin şəxslərin sağlamlıq statusları “qırmızı” rəngdə olacaq”.
F.Niftəliyev qeyd edib ki, “e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 1506 nəfər “sarı” statuslu insan var. Layihə rəhbəri bu rəqəmin gündəlik olaraq, dəyişdiyini də söyləyib.
Virusun yayılmasının qarşısının alınması üçün İnsanları “e-Təbib” əlavəsindən istifadə etməyə çağıran F.Niftəliyev bildirib ki, bu əlavənin bluetooth texnologiyası əsasında, internet trafiki sərf edilmədən işləyərək yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.
Xatırladaq ki, telefonuna “e-Təbib” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçən şəxslər ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilir. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.), bildiriş göndərilir və onlar laboratoriya testinə dəvət edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149589

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930