İlin sonunadək “Bir pəncərə” vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazə alına bilinəcək

10.07.2020 - 16:30

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edilib, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub.

Bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri və fərdi sahibkarlar qatılıb.

Təşkilatçılarla yanaşı, digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu vebinarda inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı həyata keçirilən ardıcıl islahatların yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçılara “Bir pəncərə” elektron sisteminin artıq yenilənmiş funksionallığı və yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Komitənin yaradılaraq istifadəyə verdiyi “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb. Ötən ilin əvvəlində istifadəyə verilmiş “Bir pəncərə” portalında son dövrdə aparılmış təkmilləşdirilmə işləri nəticəsində istifadəçilər Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və istismarına icazələrlə yanaşı, həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına da elektron icazə ala bilərlər. Ekspertizası tələb olunmayan tikinti obyektləri üçün hər iki icazə ödənişsizdir.

Vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funkional bölməsi əyani nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin elektron qaydada toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim olunub.

Hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, ilin sonunadək “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olacaq.

Vebinarda tikintiyə və istismara icazələrin alınması sahəsində sahibkarların səsləndirdiyi təkliflər qeydə alındı və sistemin optimizasiyası imkanları müzakirə olunub.

report.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149630

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930