Bakıda eşidilməyən səs, tapılmayan çarə: Üfunət qoxulu yollardan keçmək macəraya çevrilib

11.07.2020 - 18:11
Bir yaşayış massivi düşünün, yolları keçilməzdir. Sanki alınmaz bir qalaya doğru gedirsən. Bir yaşayış massivi düşünün, üfunət qoxusundan ətrafda dayanmaq belə olmur. Əlindəki məişət tullantısını atmaq üçün zibil qutusu belə tapılmayan yaşayış massivi..
Baku Tv xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsinin sakinlərini qəhrəman adlandırmaq olar.  Çünki uzun müddətdir ki, sadaladığım problemlərə dözərək yaşayırlar.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi olaraq müraciətlər ediblər. Ancaq nə  onların yazdıqlarına baxan olub, nə də dediklərinə qulaq asan..
Biz də problemlə bağlı Maştağa qəsəbə nümayəndəliyinə getsək də, özünü təqdim etməyə lüzum görməyən bir xanım idarədə heç kimin olmadığını dedi.
Məsələ ilə bağlı müraciətimiz əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Müslüm Mahmudov şifahi olaraq bildirdi ki, ərazi üzrə nümayəndə çəkiliş qrupu ilə bərabər problemə yerində baxış keçirə bilər.
Biz də əməkdaşla birlikdə yenidən Nizami küçəsinə qayıtdıq.
Bir az əvvəl yerində tapılmayan nümayəndəliyin əməkdaşının sakinlərlə söhbətindən belə başa düşmək olar ki, bu günə kimi aidiyyəti qurumun problemdən, ümumiyyətlə, xəbəri olmayıb.
Sakinlərin şikayət məktublarının üzü açılmayıb…
Nümayəndəliyin mühəndisi danışdıqca, sakinlərin üzündə yenə bir inamsızlıq var idi. Onlar da problemlərin bu tezliklə həll olunmayacağını yaxşı bilirdilər. Ancaq yenə də gözləməyə, bu çirkabın, üfunətin içində yaşamağa məcburdurlar.
Baku TV məsələni diqqətdə saxlayacaq.
Ətraflı süjeti təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930