Bütün Azərbaycanı qürurlandıran sadə vətəndaş

21.07.2020 - 13:38
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə ordumuzun düşmənə ağır zərbələr endirməsi ilə yanaşı yerli sakinlərdən birinin hərəkəti sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilib.

“Ölkə.Az” xəbər verir ki, “Polygon Azerbaijan” adlı səhifənin yaydığı görüntülərdə təmas xəttində Tovuz sakini ilə Azərbaycan ordusunun hərbçisi  arasında baş verən olay böyük rəğbətlə qarşılanıb.

Belə ki, yayılan fotodan da göründüyü kimi Ağdam kənd sakini təmas xəttinə daxil olaraq düşmənin ağır artilleriya zərbələri qarşısında dayanan ordumuzun hərbçisinə bayraq təqdim edib.

Hərbçimiz isə öz növbəsinə yerli sakindən bayrağı qəbul edərək onu öpərək yenidən posta qayıdıb. <ins’></ins’>

Bu olay zamanı nə yerli sakin, nə də hərbçimiz xəsarət almayıb. Düşmənin sıx atəşə tutduğu bir bölgədə hərbçi ilə sakin arasında baş verən bu olayın ictimailəşməsi hər iki tərəfə tərif yağdırıb.

Sosial şəbəkədə istifadəçiləri Tovuz sakininin cəsarətini, zabitimizin isə bayrağı alarkən onu öpməsini təqdir edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930