“İnsanlar faktiki olaraq işsiz, çörəkpulusuz qalıb” – Deputat

24.07.2020 - 18:54

“Hələlik sərt karantin dövrü davam etdiyindən 190 manatlıq birdəfəlik ödəmələrə ehtiyac var. Nəzərə alaq ki, iyul ayında da bötüvlükdə sərt karantin tətbiq edilir”.

KONKRET.az bunu Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov işsiz vətəndaşlar üçün ödənilən vəsaitlərin bloklaşdırılmasına münasibət bildirərkən deyib.

V.Əhmədov deyb ki, çox sayda insanlar bununla bağlı müraciət edir: “Mart ayından indiyədək bəziləri istisna olmaqla, əksər sahələrin fəaliyyəti dayandırılıb. İnsanlar faktiki olaraq işsiz, çörəkpulusuz qalıb. Bunları nəzərə almaq lazımdır. Vətəndaşlar dolana bilmir. Doğrudur, dövlət büdcəsində müəyyən problemlər yarana bilər, amma insanları çətin vəziyyətdə qoymaq olmaz. Bildiyiniz kimi, cənab Prezident dünən su ehtiyatları ilə bağlı geniş iclas keçirdi. Bu sahədə ciddi problemlər ortaya çıxıb. Onların həlli üçün də kifayət qədər vəsait lazımdır. Amma mən hesab edirəm ki, əhalinin gündəlik ehtiyaclarını ödəməsi üçün 190 manatın verilməsi davam etdirilməlidir. Çünki hələ də 14 rayon və şəhərdə sərt karantin davam edir”.

Deputat həmçinin deyib ki, iyun ayı üçün nəzərdə tutulan ödənişlər kimlərə verilməlidirsə, bu ödənişlər kəsilməməlidir:

“Vətəndaşın kartı niyə bloklanmalıdır?! Bəlkə o dərmanpulu saxlayıb, hansısa ehtiyacı üçün az-az xərcləyəcək onu. Bəlkə vətəndaşın problemi olub, bəlkə borc alıb, kartdan pulu çıxara bilməyib?! Düşünürəm ki, bu məsələ tez bir zamanda öz həllini tapmalıdır. İş yeri bağlı və ümid yeri kartdakı 190 manat olan vətəndaş sərt karantində nə ilə dolanır?! Bunu da düşünmək lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=150794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930