İlham Əliyevin nazir təyin etdiyi 38 yaşlı GƏNC KİMDİR?

27.07.2020 - 16:07

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

AZSABAH.COM-un xəbərinə görə, bu posta təyinat alan Emin Əmrullayev Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirib.

ABŞ-ın Kolumbiya Universitetində Enerji Siyasəti, Macarıstanda Mərkəzi Avropa Universitetində Siyasət üzrə magistr təhsili alıb.

2007-2015-ci illər “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın məşhur Kolumbiya Universitetinin məzunu olub.

Avropa Tələbələr Forumu – Bakı İctimai Birliyinin həmtəsisçisi olub.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sonradan o, Ceyhun Bayramovun əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Emin Əmrullayev peşəkar təhsil işçisi kimi tanınır.

38 yaşlı Emin Əmrullayev ailəlidir, iki övladı var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151071

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930