Ermənistana etiraz edən onlarla azərbaycanlı həbs olundu, polis işgəncəsinə məruz qaldı – İRAN REJİMİNİN SƏRT MÜDAXİLƏSİ

28.07.2020 - 11:43

İranda Ermənistanın Azərbaycana hücumlarına etiraz edən azı 15 azərbaycanlı həbs olunub. Onlara polis tərəfindən işgəncə verildiyi bildirilir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqan yardımçısı Elyar Türker Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təcavüzə etiraz ifadə etmək üçün azərbaycanlı fəalların Tehrandakı Ermənistan səfirliyinin qarşısında toplaşıblar. Habelə fəallar Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında və Urmiyədəki Atayi küçəsində dinc aksiya təşkil ediblər. Lakin polis və İnqilab Keşikçiləri Korpusu etirazçılara sərt müdaxilə edib.

Təbrizdəki aksiyada iştirak edənlərdən 5-i həbs olunaraq həbsxanaya salınıb. Urmiyədə də bir nçə fəalın həbs edildiyi bildirilir. Həmit Cabbari adlı aksiya iştirakçısı isə yoxa çıxıb, onun haraya aparıldığı məlum deyil.

“İran hər il ermənilərə saxta soyqırımı anmaq üçün Tehran və daha bir neçə şəhərdə aksiya keçirməyə icazə verir. Onları qorumaq üçün polis ayırır. Ancaq Ermənistan Azərbaycan torpaqlarına hücum edəndə İran rejimi Ermənistana etraz edən azərbaycanlı fəalları həbs edir və onlara işgəncə verir”,-Elyar Türker deyib.

O bildirib ki, son aksiyalarda İran polisi 20-dən çox azərbaycanlını həbs edib və onlara işgəncə verib. “Necə olur ki, özünü müsəlman ölkəsi sayan İranda polis ermənilərin təhlükəsizliyini təmin edir, amma müsəlman Azərbaycana dəstək verən gəncləri həbs edir?”,-Türker sual edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151090

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930