Avqustun 5-dən sonrakı vəziyyət haqda – Təəssüflə qeyd etmək lazımdır ki…

28.07.2020 - 16:25

“Ölkə və bölgələrdə nə qədər aktiv yoluxmuş koronavirus xəstəsi varsa, bu, o deməkdir ki, yumşaldılma tədbirləri olduqda onlar digərlərini yoluxduracaqlar. Bunu demək nə qədər ağır olsa da, hətta avqustun 5-dən sonra yumşaldılma tədbirləri edilərsə, bunun məhdud şəkildə olması daha düzgün olar”.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

İSİM-in şöbə müdirinin fikrincə, imkan vermək olmaz ki, insanların toplaşması və sıx şəkildə bir araya gəlməsi baş versin: “Xüsusilə bu, söhbət Bakıdan gedir, yoluxma sayının artmasına gətirib çıxaracaq. Biz iyunun sonunda yaşadığımız eyni problemə və vəziyyətə qayıda bilərik. Ona görə mərhələli şəkildə keçid təmin edilməlidir.

Burada vətəndaşlarımızdan çox şey asılıdır. Təəssüflə qeyd etmək lazımdır ki, iyundakı problemlərə və sərtləşdirməyə baxmayaraq, yenə də qaydaları pozan, toplaşan vətəndaşlarımız, qeyri-qanuni işəlyən kafelərimiz var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151154

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930