Polad Həşimovun evinin qarşısından bayrağın götürülmə səbəbi AÇIQLANDI

29.07.2020 - 17:46

Qəbələ rayonunun Vəndam qəsəbəsində şəhid general-mayor Polad Həşimovun evinin qapısından bayraq götürülüb. Vəndam sakinləri qəsəbə icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edirlər. “Şəhidimiz o bayraqdan ötrü canını verib” deyən vətəndaşlar bu yanlışın dərhal aradan qaldırılmasını tələb edirlər.

Bizimyol.info  məsələnin məğzini öyrənməyə çalışıb, Vəndam kənd Bələdiyyəsinin sədri Asif Həşimovla əlaqə saxladıq. Asif Həşimov bildirdi ki, şəhid generalımıza Vəndam kəndində böyük hörmət var və heç kim ona qarşı hörmətsizlik etməz.

“Polad Həşimov təkcə bizim Vəndamın yox, türk dünyasının oğludur, bütün Azərbaycanın generalıdır. Onun evinin qarşısındakı bayraq ona görə götürülüb ki, ölüm xəbəri yayılan gün evinin yerini bildirmək üçün kəndin cavanları öz təşəbbüslərilə o bayrağı generalın evinin qabağında işıq dirəyindən asdılar. Biz də düşündük ki, mərhumun yeddisi çıxana qədər bayraq orda qala bilər. Lakin bayrağın işıq dirəyindən asılması da düz olmazdı. Bu gün ölkə başçısı Cənab Prezident İsmayıllı və Qəbələ rayonuna səfər edir.

Keçdiyi yolla mərhumun evinin arasında çox az məsafə var. Bayrağın işıq dirəyindən asılması xoş görünmürdü, Onu daha səliqəli şəkildə yenidən asacağıq. Dünən generalın evinin qarşısında biz səliqə sahman işləri aparmışıq, orda tikinti materialları var idi, onları yğışıdırdıq səliqəyə saldıq. Bələdiyyənin işçilərini başqa işə göndərmişdik, mən küçədəki bir iki cavandan kömək etməyi xahiş etdim, dedilər yorulmuşuq. Elə Polad sevən idiniz kömək edəydiniz də. Hər şeyi böyüdüb, mediaya başqa cür təqdim etmək olmaz. Poladın şəklini böyütdürüb bələdiyyənin qarşısındakı meydandan asmışıq.Polad bizim ürəyimizdədir. Polad elə bir yaxşı oğul idi ki, inanmıram kimsə onu sevməsin. Kənddə hamı bir-birinə qohumdur, elə mənə də qohum idi. Kəndə az – az gəlirdi, amma gələndə də fikri xəyalı orduda qalırdı.Elə ünsiyyət qururdu ki, onu general olduğuna görə yox, elə öz xarakterinə görə hörmət edirdilər”,- deyə bələdiyyə sədri bildirib.

Bələdiyyə olaraq generalın adının əbədiləşdirilməsi barədə sualımıza cavab olaraq Asif Həşimov qeyd etdi ki, generalın adı o qədər böyük və əzəmətlidir ki, onun adını bir küçəyə yox, şəhərə vermək lazımdır. “Kiçik işlərlə onun adını cılızlaşdırmaq olmaz” .
www.anews.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151264

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930