“Yumşalmadan sui-istifadə edilməməlidir” – Deputat

07.08.2020 - 13:34

Milli Məclisin bu gün keçiriləm növbədənkənar sessiyasında çıxış edən parlamentin Təbii Ehtiyatlar, Energetika vəEkologiya Komitəsinin sədri Sadiq Qurbanovəhalini bundan sonra da pandemiya ilə bağlı təlimatlara riayət etməyə çağırıb.

“AzPolitika.info” xəbər verir ki, deputat avqustun 5-dən etibarən pandemiya ilə bağlı karantin qaydalarının yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu bildirib: “Bildiyimiz kimi karantin rejimində ayın 5-dən yenə də nisbi yumşalma olub. Düşünürəm ki, vətəndaşlarımız bu yumşalmadan sui-istifadə etməməlidir. Bütün təlimatlara layiqincəəməl etməlidir. Cənab prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışı zamanı qeyd etdi ki, yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Koronovirus dünyanın bir nömrəli bəlası olaraq dünya üçün çox ciddi problemdir. Ona görə hamımız çox məsuliyyətli olmalıyıq. Və nə qədər məsuliyyətli olsaq, bir o qədər qısa müddət ərzində bu karantin rejimindən çıxaraq normal həyata qayıtmaq mümkün ola bilər. Amma bu gün nə qədər iqtisadiyyatımız ziyan görsə də aparılan doğru iqtisadi siyasət xalqın sosial rifah halının pisləşməsinin qarşısını maksimum almışdır.

Belə ki, ölkəmizdə iqtisadi və sosial məsələlər bu gündə də öz müsbət həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq yetər, məsələn 5 milyona yaxın insanın geniş sosial paketləəhatə edilməsi, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədən, dövlət tərəfindən əməkhaqqı alması, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilərək onların iş yerlərinin qorunması və s. 

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı iləəhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Sosial dəstək bundan sonra da davam edəcəkdir. Belə ki, Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunacaq və avqust ayında da onlara 190 manat ödəniləcək. Eyni zamanda ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb.

Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda – 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütün bunlar ölkəmizin gücünün, qudrətinin göstəricisidir. Bir daha xahiş edirəm ki, korona virusla bağlı təlimatlara layiqincəəməl edək.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930