“Ermənistan hücumu öncədən planlaşdırıb” – XİN başçısı

25.08.2020 - 19:11

“Atəşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu öncədən planlaşdırıb və aktiv hərbi əməliyyatlar zonasına aid edilməyən ərazidə xeyli sayda silah və döyüş sursatı cəmləyib”.

“Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycanın sərhəd bölgələri və orada yerləşən mülki obyektlərin atəşə tutulmasının intensivliyi mülki əhali arasında təşviş yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyırdı. Hücum böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi istiqamətlərdə həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya ilə kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlər silahlı hücumun vaxtının seçiminə təsir göstərib”, – nazir vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=152988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930