“Əfv Komissiyası sədrinin dəyişdirilməməsi texniki məsələdir” – Əliməmməd Nuriyev

26.08.2020 - 16:04

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibi Prezidentin sərəncamı ilə müəyyənləşir. Bu günə qədər olan mövcud praktikaya görə, Prezident Administrasiyasının (PA) rəhbəri komissiyanın sədri vəzifəsini daşıyır. Yəqin ki, Sərəncama dəyişik ediləcək, PA-nın yeni rəhbəri Samir Nuriyev Əfv Komissiyasının sədri təyin olunacaq”.

“AzPolitika” xəbər verir ki, bu sözləri Əfv Məsələləri üzrə Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev sosial şəbəkələr və bəzi KİV-lərdə Ramiz Mehdiyevin hələ də Əfv Məsələləri üzrə Komissiyanın sədri olduğu haqda yazılanları şərh edib. O qeyd edib ki, sadəcə, pandemiyaya görə, prosesin texniki tərəfləri həyata keçirilməmiş qalıb: “Komissiyanın tərkibinin formalaşdırılması ölkə başçısının müvafiq sərəncamı ilə həyata keçirilir. Sərəncamda dəyişiklik edilməsi, komissiyanın üzvlərinin müəyyənləşdirilməsi və bunun President.az saytında əks olunması texniki məsələdir və tezliklə həllini tapacağına inanıram.

Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib. Keçmiş daxili işlər naziri Ramil Usubovu yeni nazir Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Mədət Quliyevi isə DTX-nın yeni rəisi Əli Nağıyev əvəz edib. Yəqin ki, yaxın vaxtlarda komissiya tam tərkibdə cəmiyyətə təqdim olunacaq”.

Ə. Nuriyevin sözlərinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sonuncu iclası ötən il olub: “Əfv etmək Prezidentin müstəsna səlahiyyətidir. Komissiya isə yardımçı funksiyaları, prosedur məsələləri həyata keçirir.

Komissiyanın iclası koronavirus pandemiyası səbəbindən gecikir. Bu, elə məsələdir ki, onlayn həyata keçirmək o qədər də asan deyil. Əfv məsələsi ilə bağlı canlı müzakirələr aparılmalıdır. Bəzən olur ki, bir əfv sərəncamının həyata keçirilməsi üçün on günlərlə iclas keçiririk. Mövcud şərtlərə görə, komissiyanın iclasları saxlanıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930