Bakı üzrə koronavirusa ən çox yoluxma olan rayonlar açıqlanıb
Bakı üzrə koronavirusa yoluxma yenə də ən çox Binəqədidə qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Binəqədidə virusa yoluxma 14,3 % olub. Xətai rayonunda virusa yoluxma 12,2 %, Yasamalda 11,8 %, Sabunçuda 11,8 %, Nəsimidə 9,1 %, Nərimanovda 8,5 %, Suraxanıda 8,0 %, Qaradağda 7,4 %, Nizamidə 7,1 %, Xəzərdə 5,0 %, Səbaildə 4,6 % təşkil edib.
Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3 %.
Short URL: https://www.cumhuriyyet.net/?p=153205