Xanımını binadan atan direktorla bağlı məhkəmə qərarı – mərhumun ailəsi narazı qaldı

02.09.2020 - 10:04

Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hökmə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqda qərar qəbul edilib.

Qeyd edək ki, sonuncu iclaslarda Ramiz Taxvelinin psixi vəziyyəti ilə bağlı Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyi elan edilmiş, onun psixi probleminin olmadığı qeyd edilmişdi.

Ramiz Taxvelinin vəkilləri bu rəylə razılaşmayıb və stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilməsini istəmişdilər.

Ekspertiza qarşında Ramiz Taxvelinin psixi vəziyyəti, hazırda anlaqlı olub-olmaması və hadisə vaxtı affekt vəziyyətində olub-olmaması kimi suallar qoyulmuş.

Ekspert rəyində göstərilirdi ki, Taxvelinin ümumi psixi durumu yaxşı deyil. Rəydə göstərilirdi ki, Taxveli istintaq təcridxanasında aldığı kəllə-beyin travmasından sonra psixi pozğunluq yaşayır və onun barəsində məcburi müalicə təyin olunmalıdır.

Rəydə göstərilir ki, Ramiz Taxvelinin əməli Cinayət Məcəlləsinin 21.2-ci (Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər) maddəsinin təsiri altına düşür.

Qeyd edək ki, təqsirləndirilən R.Taxveli Müalicə Müəssisəsində müalicə alırdı. O, məhkəməyə əlil arabasında gətirilirdi və deyilənə görə özünü idarə edə bilmir, psixoloji problemləri var idi.

Zərərçəkmiş tərəf də bununla razılaşmır, Ramiz Taxvelinin bilərəkdən bu cür davrandığını deyir. Mərhumun anası Samirə Süleymanova Ramiz Taxvelinin davranışlarını şou adlandırır.

İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

İttihamda göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb. Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib.

Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.

Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.

Hökmdən narazı qalan zərərçəkmiş tərəf apellyasiya şikayəti verib. Şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Son keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Taxvelinin barəsində eskpertiza təyin edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153375

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930