2021-ci ilin atıcılıq üzrə son yarışı Bakıya salındı

04.09.2020 - 10:34

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) 2021 – 2024-cü illərdə keçiriləcək dünya çempionatlarının məkanlarını və 2021-ci ilin yarış təqvimini təsdiqləyib.

“Report”un məlumatına görə, bu barədə ISSF İcraiyyə Komitəsinin iclasında qəbul olub. Gələn il Bakıya stend və güllə atıcılığı (tüfəng və tapanca) üzrə Dünya Kuboku həvalə edilib. Yarışın oktyabrın ikinci yarısında keçirilməsi planlaşdırılır.

Dünya Kubokunda atıcılığın olimpiya növləri üzrə 12 ən yaxşı idmançının iştirakı planlaşdırılır. Bu, gələn ilin son yarışı olacaq.

Qeyd edək ki, bu il 22 iyun – 3 iyulda Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Kuboku koronavirus pandemiyası üzündən ləğv olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153591

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930