Bakıda kütləvi davada adam öldürən şəxslərin istintaqı başa çatıb

04.09.2020 - 10:54

Bakıda kütləvi davada adam öldürməkdə təqsirləndirilən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, 9-cu mikrorayon, Bəhlul Səttarzadə küçəsində baş verib.

1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev bıçaqlanıb. Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobilə mindirərək 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə qan itirmədən dünyasını dəyişib. Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib. Yaralı Z.Əkbərovun ilkin izahatı alınıb. O bildirib ki, ölən şəxs onu taksi sürücüsü kimi çağırıb. Z.Əkbərov ünvana çatdıqda isə A.Tağıyevin bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını görüb. Xilas etmək istəyərkən o da xəsarət alıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Orxan Binnətov, İlkin Xəlilli və Vüqar Babayev saxlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153601

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930