“Arı zəhəri xərçəngi məhv edir” iddiasına tanınmış həkimlərdən fərqli rəylər

05.09.2020 - 10:21

Arı zəhəri döş xərçəngi üçün xeyirlidir. BBC-nin yazdığına görə, bu barədə Avstraliya alimləri qənaətə gəlib. Onlar bildiriblər ki, bal arılarından alınan zəhərin laboratoriya şəraitində aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyi aşkar edilib.

Zəhər və tərkibindəki melittin adlı bir qarışıq – müalicəsi çətin olan iki xərçəng növü olan “üçqat mənfi və HER2 ilə zənginləşdirilmiş” növə qarşı istifadə edilib. Kəşf “həyəcanverici” kimi xarakterizə edilsə də, alimlər əlavə sınaqların tələb olunduğunu söyləyirlər.

Döş xərçəngi xərçəngin dünyada qadınları ən çox yaxaladığı növüdür. Laboratoriya şəraitində xərçəng hüceyrələri ilə mübarizə apara bilən minlərlə kimyəvi birləşmə olsa da, alimlər onlardan çox azının insanların müalicəsi üçün istehsal edilə bilən olduğunu söyləyirlər.

Arı zəhərinin əvvəllər melanoma kimi digər xərçəng növləri üçün xərçəng əleyhinə xüsusiyyətləri olduğu aşkar edilmişdi.

Qərbi Avstraliyadakı Harry Perkins Tibbi Araşdırmalar İnstitutu tərəfindən aparılan araşdırma “Nature Precision Oncology” jurnalında dərc edilib. Tədqiqatda 300-dən çox bal arısı və yabanı arıdan zəhər sınanılıb. Araşdırmaya rəhbərlik edən 25 yaşlı PhD tədqiqatçısı Ciara Duffy deyir ki, arı ekstraktlarının “son dərəcə güclü təsirə” malik olduğu aşkar edilib.

Zəhərin bir konsentrasiyasının digər hüceyrələrə minimal zərər verərək bir saat ərzində xərçəng hüceyrələrini öldürdüyü müəyyən edilib. Ancaq toksiklik digər doza səviyyələri üçün artırılıb. Bundan başqa, tədqiqatçılar melittin birləşməsinin xərçəng hüceyrələrinin “dayandırılmasında” və böyüməsinin qarşısının alınmasında təsirli olduğunu müəyyən ediblər.

Melittin təbii olaraq arı zəhərində meydana gəlsə də, sintetik olaraq da istehsal edilə bilər. Ənənəvi olaraq, ən aqressiv növlərdən biri olan üçqat mənfi döş xərçəngi cərrahi müdaxilə, radioterapiya və kimyəvi terapiya ilə müalicə edilir. Bu, döş xərçənginin 10-15 faizini təşkil edir.

Ancaq tədqiqatçılar zəhərin həqiqətən xərçənglə mübarizə aparan bir dərman kimi işləyə biləcəyini görmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu deyir. Digər xərçəng tədqiqatçıları eyni fikirdədir.

Maraqlıdır, bəs Azərbaycanın tanınmış həkimlərinin bu iddialara mövqeyi necədir?

Onkoloq Nəsimi Qasımov: “Bədxassəli şişlərin yaranmasının başında siqaret  gəlir”

Nəsimi Qasımov: “Bu, xülyadır, yalandır!”

Tanınmış həkim-onkoloq, professor Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Nəsimi Qasımov bu cür iddiaları xülya adlandırdı: “Bal qəbul etmək orqanizmin funksiyalarını yaxşılaşdırır. O cümlədən immuniteti artırır, bədxassəli şişlərə qarşı da xeyirlidir. Bal həm də antitoksid təsir göstərır, orqanizmi zərərli maddələrdən təmizləyir. Lakin ”arıya baxan, bal yeyən adam xərçəngə yoluxmaz” anlayışı mənə görə qəbulolunmazdır. Bu, xülyadır, yalandır. Dünyada nə arı vuran insanların statistikası var, nə də arı vurduqdan sonra onların aqibətini izləyən, tədqiqatı aparan şəxslər var. Mən şəxsən 50 ilə yaxındır ki, onkologiya sahəsində çalışan həkiməm. Nə mən, nə də məndən əvvəl olan həkimlər belə bir halla rastlaşmayıb”.

Ət immuniteti qaldırmır, orqanizmi yorur, çörək isə...” - Seyfəddin Əsəd -  Hürriyyət

Seyfəddin Əsəd: “Dünyanın ən uzunömürlü insanları arıçılardır”

Azərbaycanda yeganə arıterapiya ilə məşğul olan məşhur həkim Seyfəddin Əsəd isə qeyd etdi ki, arı zəhəri dünyanın insana bəxş etdiyi ən qiymətli, ən dəyərli müalicə vasitəsidir: “Arı zəhəri qədər immuniteti artıran ikinci bir güclü vasitə yoxdur. Arı zəhərinin içərisində yüzlərlə müxtəlif fermentlər, hormonal tərkiblər var. Yəni, arı zəhəri birmənalı şəkildə çox faydalıdır.

Onu da qeyd edim ki, ölkəmizdə arı haqda həkimlərimiz yetərincə məlumata malik deyillər. Ona görə də arı zəhərinin faydasız olduğu haqda fikirlər səslənəndə bunu normal qarşılayıram”.

Seyfəddin Əsəd qeyd etdi ki, arıçılar dünyanın ən uzunömürlü adamlarıdır: “Təbii ki, burada arı zəhəri, arı balı, çiçək tozu mühüm rol oynayır. Arıçılıqla məşğul olan insanlar qripə yoluxmurlar, immunitetləri güclü olur. Əsas səbəb də arı zəhəridir. Arı zəhərinin xərçəngə qarşı xeyirli olmasında gəldikdə isə, arı haqqında olan bütün ədəbiyyatlarda da qeyd edilir ki, arıçılıqla məşğul olan insanlar xərçəng xəstəliyindən uzaq olurlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153633

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930