Polad Həşimovun xatirəsinə futbol turniri təşkil olundu – VİDEO

07.09.2020 - 10:58

Gəncədə şəhid generalımız Polad Həşimovun xatirəsinə həsr olunan mini-futbol turniri keçirilib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən mini-futbol turnirinin son günü final mərhələsinə yekun vurulub.

Turnirdə şəhərin müxtəlif idarə, müəssisə və təşkilatlarının həvəskar futbolçularından ibarət səkkiz komandası qüvvəsini sınayıb.

Oyunlar olimpiya sistemi üzrə təşkil olunub. Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi reallaşıb. İlk üç yeri tutan kollektivlə yanaşı, mütəxəssislərin rəyinə əsasən müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçuların da əməyi qiymətləndirilib.

Qalib komandaya kubok təqdim olunub və yarışların ənənəvi keçirilməsi qərara alınıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930