“Qalatasaray”dan Terimə doğum günü sürprizi – VİDEO

07.09.2020 - 16:25

Türkiyənin “Qalatasaray” klubu baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib.

“Report”un məlumatına görə, klub Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb.

Onların arasında İngiltərə “Arsenal”ının sabiq baş məşqçisi Arsen Venger, təcrübəli mütəxəssislə İtaliyada birgə çalışmış Paolo Maldini, Cennaro Qattuzo, Nunu Qomeş, Ruy Koşta, “sarı-qırmızılar”ın əfsanəvi futbolçuları George Hacı, Didye Droqba, Uesli Sneyder, həmçinin Felipe Melo, Yohan Elmander, Yuto Naqatomo, Mariano, Maykon kimi oyunçular da olub.

Videonu izləyən Terimin gözləri yaşarıb.

Qeyd edək ki, “Qalatasaray” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyununda “Neftçi”nin qonağı olacaq. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930