UNEC-i seçmək istəyənlərə özəl CANLI YAYIM: ixtisas seçiminə aid bütün suallarınız cavablandırılır VİDEO

09.09.2020 - 10:37

İqtisadiyyat və idarəetmə, eləcə də texniki və texnoloji ixtisaslar üzrə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçmək istəyən abituriyent və onların valideynlərinin ixtisas seçimi ilə bağlı suallarını cavablandırmaq üçün canlı yayım təşkil olunacaq.

UNEC-in rəsmi FacebookYoutube və Instagram səhifələrindən canlı yayımı həm izləmək, həm də birbaşa suallar ünvanlamaq mümkün olacaq.

9 sentyabr saat 10:00-da II ixtisas qrupuna aid iqtisadiyyat və idarəetmə ixtisaslarına aid müraciətləri UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru dos.Anar Rzayev, Maliyyə və mühasibat fakültəsinin dekanı dos.Gəray Musayev, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev cavablandıracaqdır.

9 sentyabr saat 15:00-da isə I və V ixtisas qrupuna aid texniki və texnoloji ixtisaslarına aid müraciətləri isə UNEC-in Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı dos.Tofiq Osmanov, “Dizayn” kafedrasının müdiri dos.Lalə Məmmədova, “Fizika və kimya” kafedrasının müdiri prof. Rövnəq Rzayev cavablandıracaqdır.

İxtisas seçimi ilə bağlı ətraflı məlumat almaq və doğru seçim etmək üçün abituriyent və valideynləri canlı yayıma qoşulmağa və onları maraqlandıran sualları verməyə dəvət edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153886

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930