Millimizin qapıçısının durumuna aydınlıq gəldi

12.09.2020 - 14:48

Azərbaycan Premyer Liqasının II turunda “Neftçi” ilə matçda xəsarət alan “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun zədəsi elə də ciddi deyil.

“Report” xəbər verir ki, 28 yaşlı qolkiper paytaxt təmsilçisi ilə görüşdə əzələsini dartıb. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu sentyabrın 13-də tibbi müayinədən keçəcək.

Qeyd edək ki, “Sumqayıt” səfərdə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Mehdi Cənnətov birinci hissənin sonunda əvəzlənib və onun yerinə meydana Aydın Bayramov daxil olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154071

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930