Almaniyalı deputat Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından danışdı

12.09.2020 - 15:49

“Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribat və hücumlar qəbuledilməzdir”. Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlament) hakim partiyadan olan deputatı Olav Quttinq (Olav Gutting) bildirib.

O hesab edir ki, heç bir ölkə hərbi təcavüzə məruz qalmamalıdır: “Bunu beynəlxalq hüquq və sənədlər də tələb edir. Heç bir ölkə hərbi təcavüzə məruz qalmağa layiq deyil, o cümlədən Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquq normaları var. ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həlli üçün Avasitəçilik edir. Hesab edirəm ki, bunlara zidd addımların atılması yalnız münaqişənin uzadılmasına xidmət edə bilər və Almaniya münaqişənin həllinin uzanmasından narahatdır”.

Bundestaq üzvü həmçinin Almaniya və Azərbaycan arasında postpandemiya dövründəki əməkdaşlıq barədə də danışıb:“Azərbaycan Almaniya üçün daim maraq kəsb edən ölkə olub. Hesab edirəm ki, postpandemiya dövründə əlaqələr daha intensiv şəkil alacaq. Azərbaycan COVID-19-la mübarizə, insanların sağlamlığının və iqtisadiyyatın dayanıqlığının qorunması istiqamətində ciddi uğurlar əldə edib. Bu da iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verə bilər”, – o bildirib.

O.Quttinq qeyd edib ki, Almaniya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də postpandemiya dövündə əməkdaşlığın daha da gücləndirilməsi üçün münbit potensial var: “Azərbaycan pandemiyaya qədər olduğu kimi postpandemiya dövründə də Almaniya üçün Cənubi Qafqazda əməkdaşlıq baxımından bütün sahələrdə cəlbedici ölkədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930