Təhsil Nazirliyinin “Məktəbə güllər gətirilməsin” açıqlamasından sonra gül salonları – VİDEO

13.09.2020 - 16:37

Təhsil Nazirliyinin “məktəbə güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər” açıqlamasından sonra gül salonlarına edilən sifarişlərin bəziləri ləğv edilməyə başlayıb. Buna baxmayaraq bəzi gül salonları hələdə həmin gün satışların yaxşı olacağına inanır.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, müxtəlif gül dəstələri ilə yanaşı, məktəblilər üçün xüsusi səbətlər də hazırlayan satıcılar indi çaş-baş qalıblar.

Deyirlər ki, Təhsil Nazirinin müşaviri Rüstəm Ağayevin valideynlərə dünənki müraciətindən sonra hazırladıqları gül dəstələrini sata bilməməkdən ehtiyat edirlər.

Satıcılar deyirlər ki, adətən 15 sentyabr günü güllərə təlabat çox olduğundan, onlar hazırlıqlara 4-5 gün öncə başlayıblar. Artıq bəzi sifarişlər də qəbul olunub. Lakin bu say ötən illərlə müqayisədə azlıq təkil edir.

Satıcıların sözlərinə görə, sözügedən qərardan sonra sifarişini ləğv etdirən valideynlər də olub.

VİDEO

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930