Aprel savaşından sonra ermənilər Azərbaycandan 5 milyard istəyib, əvəzində isə… – FAKTLAR ÜZƏ ÇIXDI

18.09.2020 - 15:31

2016-cı ilin “aprel müharibəsi”ndən sonra Ermənistanın ərazilərin qaytarılması ilə bağlı Minsk Qrupuna sənəd-təklif təqdim etdiyi məlum olub.

Oxu24.com  xəbər verir ki, Ermənistan mediasında yayılan məlumatlara görə, sənəddə Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafındakı rayonlar boşaldırlar, əvəzində İrəvana 5 milyard dollar yardım ayrılmalıdır.

Sənəd-təklif həmin ilin 16 iyununda ünvanlanıb. Bu tarixdən bir ay öncə – 16 mayda prezidentlər Vyanada görüşmüşdü. Həmsədr ölkələrin XİN rəhbərlərinin iştirakı ilə keçirilən həmin görüş ABŞ-ın təşəbbüsü idi. Görüş konkret sənəd ətrafında müzakirədən daha çox, tərəflərin atəşkəsə əməl etməsinə həsr olundu.

Ruslar iyunun 20-də ABŞ-ın münaqişənin həllində təşəbbüsü ələ almaq istəyinə qarşı Sankt-Peterburqda görüş təşkil etdi və görüşdən sonra həmin vaxt Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri olan Novruz Məmmədov “Münaqişənin həlli “mərhələli həll” planına uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda statusla bağlı referendum keçirilir” açıqlamasını verdi.

“Lavrov planı” dediyimiz və Rusiyanın ictimai-siyasi cameəsinin Paşinyan hakimiyyətini sələfindən miras qalmış razılaşmaya əməl etməkdən boyun qaçırmaqda ittiham etdiyi məsələ bu idi.

 

Ermənistanın Vyana və Sankt-Peterburq görüşü arasında zamanı fürsət bilib – 16 iyunda 5 milyardlıq sənəd-təklif irəli sürməsi isə ərazilərin qaytarılması məsələsinin real olduğunu, ermənilərin də əvəzində nəsə qoparmağa cəhd etdiklərini göstərir.

Həmin vaxt münaqişə ətrafında xeyrimizə olan bu vəziyyəti “aprel müharibəsi” yaratmışdı, yeni vəziyyətin yaranması üçün müharibə yenə yeganə çıxış yolu kimi görünür…(Publika.az)

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154504

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031