Bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

20.09.2020 - 10:51

“Report” xəbər verir ki, günün ilk matçında “Zirə” “Sabah”ı qəbul edəcək.

Meydan sahibləri ilk iki matçda 4 xal toplayıbsa, “Sabah”ın 3 xalı var. Komandalar çempionatda 7 dəfə üz-üzə gəlib. Bunların ikisində “Zirə”, üçündə isə qonaqlar qələbə qazanıb. Topların fərqi isə bərabərdir – 7:7. “Zirə” rəqibinə qarşı son 4 oyunda meydanı qolsuz və xalsız tərk etməyib.

Günün əsas matçında Azərbaycan derbisi gerçəkləşəcək. Son ölkə çempionu “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu, komandaların çempionatda 80-ci dueli olacaq. 29 görüşdə Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı 3 xalla tərk edib. 30 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də “Qarabağ”ın üstünlüyü var – 84:71. Ağdam klubu son üç Premyer Liqa matçında “Neftçi”dən qol buraxmır, paytaxt təmsilçisi isə 5 matçdır rəqibini məğlub edə bilmir.

Azərbaycan Premyer Liqası

III tur

20 sentyabr (bazar)

18:00. “Zirə”– “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

20:15. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Azersun Arena”

Qeyd edək ki, turun digər matçında “Sumqayıt” evdə “Səbail”i 2:1 hesabı ilə üstələyib, “Qəbələ” – “Keşlə” matçında qol vurulmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154585

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930