Ali məktəblərə ixtisas seçimi başa çatdı
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
Report xəbər verir ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı.
Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.
Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.
Short URL: https://www.cumhuriyyet.net/?p=154627