Vergidən yayınmaq üçün işçi ilə əmək müqaviləsi bağlamırlar – VİDEO

24.09.2020 - 15:36

Vamiq Şükürov – Hüquqşünas: “İşçilərin əmək müqaviləsi olmadan işləməsi daha çox işçilərin hüquqlarını pozur”.

ARB TV-də yayımlanan “Günə doğru” verilişində əmək müqaviləsinin əhəmiyyəti ilə bağlı geniş sujet yayımlanıb.

Tikintidə usta: “Yox, müqaviləsiz insanlarıq biz. Gələcəkdə olacaq”.

İşəgötürənlərin işçiləri əmək müqaviləsi olmadan işlətməsinin bir sıra səbəbləri var. Əsas səbəb isə dövlət vergilərindən yayınmaqdır.

Vamiq Şükürov – Hüquqşünas: “Çünki sosial müdafiə xərcləri olaraq əmək haqqının 25 faizini, verginin isə 14 faizini ödəməlidilər. Bu qədər vergi yükünün altından onlar bu formada yəni işçiləri rəsmiləşdirməməklə çıxmaq istəyirlər”.

Hazırda əmək müqaviləsi olmadan çalışan və sosial sığorta haqları ödəməyən işçilərin əksəriyyəti özəl sektorun payına düşür.

Vamiq Şükürov – Hüquqşünas: “Fiziki işləri görən fəhlələr, restoranda işləyən ofisiantlar, mövsümü işləri görən şəxlərdir. Onlara əməkhaqqı nəğd formada təqdim olunur. O da işçi kimi artıq sistemə salınmır. Onların adından DSMF-yə sığorta hissəsində pullar ödənilmir. İşçilər əmək pensiyasına çıxanda onlara çox cüzi miqdarda əmək pensiyası yazılır və yaxud ümumiyətlə yazılmır”.

Ekspertlərin sözlərinə görə, bəzi sahibkarlıq subyektlərində yoxlamaların aparılmaması və nəzarətin olmaması orada çalışan işçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. Yalnız aiddiyəti qurumlara müraciət olduğu halda, həmin sahibkarlıq subyektində araşdırmalar aparılır.

Aynur Osmanqızı – DƏMX-in mətbuat katibi: “Daxil olan müraciətlərin hər biri fərdi olaraq araşdırlır və qanunamüvafiq tədbirlər görülür. Hər hansı bir inzibati xəta mövcuddursa, inzibati xətalar məcəlləsinə uyğun olaraq addım atılır”.

Pandemiya dövründə işəgötürənlərin işçilərin əmək müqaviləsinə əsassız şəkildə xitam verməsi və kütləvi ixtisar hallarına da rast gəlinib.

Aynur Osmanqızı – DƏMX-in mətbuat katibi: “Pandemiya dövründə aparıdığımız nəzarət tədbirləri nəticəsində 700-ə yaxın əsassız, qanunsuz olaraq əmək müqaviləsinə xitam verilən işçinin yenidən işə bərpasına nail olmuşuq”.

İşçinin əmək müqaviləsinə xitam verən və ixtisar edən 22 işəgötürən barəsində isə hüquq mühafizə orqanlarına müraciət edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930