“Çin Karqo”nun rəhbəri Şamil Heydərov və “ALTİS Group of companies” MMC-nin rəhbəri Kamal Heydərov Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldular – 50.000+50.000 manat

30.09.2020 - 10:12

Çin Karqo” şirkətinin rəhbəri olan iş adamı Şamil Heydərov və “ALTİS Group of companies” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olan oğlu Kamal Heydərov birlikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 (yüz min) manat məbləğində ianə köçürdüblər. Daha əvvəl də Pandemiya dövründə “Koronavirus”la mübarizəyə öz dəstəyini əsirgəməyən Şamil Heydərov tərəfindən hazırda da ordumuza, Cənab Prezidentimizin uğurlu siyasətinə verilən dəstək digər sahibkar və şirkətlərə də örnək olmalıdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hazırda hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür. Azərbaycanın cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə Şamil Heydərov və Kamal Heydərov da bir sahibkar kimi öz dəstəyini göstərməkdədir. Ölkəmiz üçün çətin keçən bu günlərdə Sahibkarlar Azərbaycan Xalqının və əsgərlərinin daima yanındadır.
Həmçinin Şamil Heydərov və Kamal Heydərovun rəhbərlik etdikləri şirkətlərdən 14 nəfər işçi artıq ordu sıralarına qoşulub və şirkət rəhbərliyi həmin işçiləri ilə qürur duyur. Şirkət tərəfindən həmin 14 nəfərin hər birinin iş yerləri qanunvericiliyə uyğun qaydada qorunmaqla bərabər, ailələrinə mütəmadi olaraq həmin ailələrə maddi yardım göstəriləcəkdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930