“Neftçi”nin sabiq futbolçusunun “Arsenal”a keçməsinə atası icazə verməyib

10.10.2020 - 14:42

“Neftçi” klubunun sabiq futbolçusu Emil Empenzanın 1997-ci ildə İngiltərə “Arsenal”ına keçidi baş tutmayıb.

“Report” xəbər verir ki, 42 yaşlı sabiq hücumçu bu barədə “Bild” nəşrinə açıqlamasında məlumat verib.

Belçikalı keçmiş forvard bildirib ki, transferə atası icazə verməyib: “1997-ci ildə “Muskron”dan “Standard”a getməmişdən əvvəl “Arsenal”ın baş məşqçisi Arsen Venger evimizə gəldi. O, məni Londona köçmək üçün razı salmaq istəyirdi. Çünki 90-cı illərində sonlarda Tyerri Anri kimi fransalı ulduzlarla heyət qururdu. Ancaq atam o vaxt “Arsenal”a getməyimi istəmədi. Bunun üçün çox gənc olduğumu düşünürdü”.

Qeyd edək ki, Emil Mpenza 2010-2012-ci illərdə “Neftçi”nin formasını geyinib. Belçikalı oyunçu 2007/2008 mövsümündə İngiltərədə “Mançester Siti”də çıxış edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930