“Santos” 1 həftə əvvəl transfer edilən Robinyo ilə müqaviləni pozdu

17.10.2020 - 15:20

Braziliyanın “Santos” klubu 1 həftə əvvəl transfer etdiyi Robinyo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qol.az xəbər verir ki. Bu barədə klubun saytı məlumat yayıb. Belə bir addıma səbəb kimi 36 yaşlı hücumçunun hazırda İtaliyada davam edən məhkəməsinə köklənməli olması göstərilib.

Robinyo 2013-cü ildə gecə klubunda alban əsilli 23 yaşlı gənc qadına təcavüzdə ittiham olunur. 2017-ci ildə Milan məhkəməsi futbolçunu 9 il müddətinə həbs cəzasına məhkum etsə də, onun şikayətinə baxıldığı üçün iş hələ açıq olaraq qalır.

Qeyd edək ki, braziliyalı oyunçu ilə oktyabrın 10-da müqavilə imzalanmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156228

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930