Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər AÇIQLANDI

29.10.2020 - 10:18

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya “Atalanta”sında Duvan Zapata, İngiltərə “Mançester Yunayted”indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya “Atletiko”sundan Joau Feliş iddia edir.

Reşford qrup mərhələsinin II turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda “Başakşehir”i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Feliş Avstriya “Zaltsburq”unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland “Ayaks”ı ilə oyunda dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156710

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031