Soyuq havada immuniteti qorumaq üsulu açıqlandı

04.11.2020 - 10:46

Həkim-terapevt və qastroenteroloq Nikita Xarlov “Sputnik” radiosuna müsahibəsində ilin qış fəslində düzgün qidalanmanın köməyi ilə immunitetə kömək etməyin xüsusilə əhəmiyyətli olduğunu bildirib.

“Report” xəbər verir ki, mütəxəssis yağların istifadəsinin orqanizmə ziyan vurması barədə yayılan fikrin kökündən yanlış olduğunu açıqlayıb.

“İndi immunitet aktual mövzudur. İmmunitetin qorunması üçün qidada heyvan mənşəli yağlardan istifadə etmək lazımdır”, – həkim deyib.

Xarlov izah edib ki, orqanizmi viruslardan, o cümlədən koronavirusdan müdafiə edən selikli qişa yağlardan qurulur.

“Ən təhlükəsizlər, ən faydalılar heyvan yağlarıdır. Onları hazırlamaq və qidada normal miqdarda istifadə etmək olar. Siyahıda təhlükəsizliyinə görə ikinci yerdə “Omeqa-3″ yağları yer alır.

Bu həmin balıq yağı və treska balığının qaraciyərin yağıdır. Bu cür yağlar da təhlükəsiz və faydalıdır, lakin qısa zamanda oksidləşirlər, buna görə onları hazırlamaq olmaz”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, rasiona qaz, mal əti və ya donuz, ayı piyini də daxil etmək olar, amma orqanizm bitki yağlarına daha pis uyğunlaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156881

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930