Ruslan Qurbanov: “Hər kəs bayraqlarla 30 ildən sonra qələbəni qeyd etdi”

14.11.2020 - 15:23

“Valideynlərim ləzgidir, amma mən Stavropolda doğulub böyümüşəm. 14 yaşına qədər yerli “Dinamo” komandasında oynadım, sonra “Rostov”un əvəzedici komandasına keçdim. Pulun dadını hiss etdikcə nizam-intizamla bağlı problemlər başladı və məni “Taqanroq”da oynamağa göndərdilər. Lakin nizam-intizamla bağlı məsələ orada da davam etdi”.

“Report” xəbər verir ki, bu fikirləri “Zirə” klubunun futbolçusu Ruslan Qurbanov “Sports.ru” saytına açıqlamasında deyib.

29 yaşlı hücumçu intizamsızlıq səbəbindən 16 yaşından 18 yaşına qədər az oynadığını söyləyib.

Azərbaycan yığmasının sabiq üzvü 2010-cu ildə “Neftçi”yə keçidindən də danışıb: “Komandanın keçmiş oyunçusu Rasim Abuşev yanıma gəldi və məni Bakıya dəvət etdi. Seçimim var idi: ya ordu, ya da futbol. 13 saat maşınla getdik. Bakını görən kimi dərhal şəhərə aşiq oldum. “Neftçi” ilə 5 illik müqavilə imzaladım. O vaxtdan bəri Azərbaycanda yaşayıram”.

Qurbanov Azərbaycanda əhalinin qonaqpərvər olduğunu bildirib: “Burada insanlar qonağı yaxşı qarşılayırlar. Köməyə ehtiyacınız varsa, yardımçı olurlar. Azərbaycanda həyat sakitdir. Ailələr axşam səssizcə gəzirlər. Səhər saat 5-də sakit gəzə bilərsiniz. Karyeramdan sonra ailəmlə birlikdə Bakıda yaşamağı düşünürəm.

Forvard Azərbaycanın cəbhədəki qələbəsindən də söz açıb: “Gecə atəşfəşanlıq səsi ilə oyandım və hər şeyi həmin vaxt öyrəndim. Pəncərəni açdım, gördüm ki, maçının yanında 25 nəfər rəqs edir. Televizoru açdım və prezidentin bunu elan etdiyini gördüm. Həmin günü şəhər yatmadı. İnsanlar komendant saatına baxmayaraq küçələrdə şənliklər təşkil etdilər. Hər kəs bayraqlarla 30 ildən sonra xəyal qurduqları anı qeyd edirdi. Müharibəyə görə Azərbaycanda milyonlarla qaçqın var. Cəbhəyə gedən könüllülər çox idi. Bunların arasında MMA döyüşçüləri, futbolçular da var idi. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb əsgərlərə su, qida və siqaret verirdilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157231

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30